Macarıstan Azərbaycanla bağlı qərəzli bəyanata veto qoyub

   Macarıstan Azərbaycanla bağlı qərəzli bəyanata veto qoyub
  22 Sentyabr 2023    Oxunub:953
“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoyub”.
Bu barədə məlumatı “Azadlıq” radiosunun Avropa bölməsinin redaktoru Rikard Jozviak öz “X” hesabındakı paylaşımında qeyd edib. Jozviak bu məlumatı bir neçə mənbədən əldə etdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan XİN Borrelin sözügedən bəyanatı ilə bağlı məlumat yayaraq onun yerlərdəki bütün reallıqları qəsdən təhrif etdiyini və tamamilə qeyri-adekvat olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti