İranın Çinə qeyri-neft ixracı azalıb
Hesabata əsasən, 2023-cü ilin ilk səkkiz ayında Çin İrana 6 milyard 744 milyon dollarlıq mal ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
Bunun nəticəsində qeyri-neft məhsulları üzrə qarşılıqlı ticari dövriyyədə Çin ikiqat müsbət saldoya malik olub.
“Kepler” Əmtəə-informasiya şirkətinin statistikasına görə, bu ilin ilk səkkiz ayında İran Çinə orta hesabla sutkada 1,1 milyon barreldən çox neft və qaz kondensatı ixrac edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 66% artım deməkdir. İran neftinin böyük hissəsi vasitəçilərin köməyi və başqa ölkələrin nefti adı altında Çinin neft emalı zavodlarına çatdırılıb.
AzVision.az