Paşinyan Qarabağda vəziyyətin yaxşılaşmasından danışdı
O iddia edib ki, guya Qarabağda humanitar və hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. İrəvan hakimiyyəti isə Qarabağdakı erməni siyasətçilərlə daim təmasdadır.
Qeyd edilir ki, bu gün səhər aparılan müzakirələrin nəticələrinə əsasən, baş nazir müsbət irəliləyişin olacağına ümid bəsləyib. Məsələ ondadır ki, Qarabağ erməniləri evlərinə rahat qayıtması üçün real imkanlar yaranıb.
"Lakin eyni zamanda anlamaq lazımdır ki, vəziyyət dinamik şəkildə dəyişir. Humanitar vəziyyətin yaxşılaşmasına ümid var. Bu gün Qarabağa daha bir neçə humanitar yardımın daxil olması mümkündür”, - o qeyd edib.
Tural Tağıyev
AzVision.az