Nensi Fesser: “Sığınacaq axtaran iranlıların deportasiya müddəti uzadılsın”

   Nensi Fesser:    “Sığınacaq axtaran iranlıların deportasiya müddəti uzadılsın”
  22 Sentyabr 2023    Oxunub:1106
Almaniyanın Daxili İşlər naziri iranlı qaçqınların deportasiyası üzrə ilin sonuna qədər qüvvədə olan müqavilənin müddətini uzatmağı təklif edib.
AzVision.az xəbər verir ki, Almaniyanın Daxili İşlər naziri Nensi Fesser ölkə parlamentində çıxışında İrandakı vəziyyəti nəzərə alaraq, İranın siyasi qaçqınlarına dəstək verməyi “çox vacib” hesab etdiyini vurğulayıb.

Ötən ilin sentyabrında İranda başlayan ümummilli etirazların geniş şəkildə yatırılmasından sonra Almaniyanın müxtəlif əyalətləri sığınacaq müraciətləri rədd edilən iranlı şəxslərin deportasiyasını tədricən dayandırdılar. Həmin regionların Daxili İşlər nazirlərinin bu məsələ üzrə razılaşmasından sonra sığınacaq axtaran sonra iranlıların deportasiyası barədə qərar dekabrın 31-dək uzadılıb.

Daxili İşlər nazirliyinin qiymətləndirməsini əsas götütən Almaniya mətbuatı iranlı tənqidçilərin və etirazçıların hüquqlarının İranda kobud şəkildə pozulmasının əvvəlki kimi davam etdiyini yazır.
AzVision.az



Teqlər: Almaniya   iranlılar  





Xəbər lenti