Tehran Ermənistana ciddi xəbərdarlıq ünvanlayıb
“Bizim səylərimiz bütün məsələlərin region ölkələri arasında qarşılıqlı əlaqələr vasitəsi ilə həll etməyə yönəlib. İran bölgədə heç bir geosiyasi dəyişikliyi qəbul etmir. Biz Azərbaycan və Ermənistanla münasibətlərimizi və qarşılıqlı əlaqələrimizi saxlayırıq. Bu ölkələr bizim qonşularımız və qardaşlarımızdır. Biz onların problemlərinin həllinə kömək göstərməyə çalışırıq”, - Məmməd Rza Aştiani deyib.
Bir neçə gün əvvəl Ermənistanın öz ərazisində ABŞ-la birgə hərbi təlimlər keçirməsi, demək olar ki, Tehran hökumətində şok effekti yaradıb. Digər tərəfdən, İrəvanın Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyasını yerləşdirməsi İrandakı teokratik rejimi ciddi şəkildə narahat edir.
Amma atalar deyiblər ki, özü yıxılan ağlamaz. Belə ki, uzun illər boyu Azərbaycanın 20% ərazisini işğal altında saxlamış Ermənistana açıq-aşkar isqtisadi-siyasi dəstək vermiş, hətta torpaqlarımızın düşmən tapdağından qurtulmasından qıcıqlanan, İslam dini abidələrini, onlarla məscidləri dağıtmış və təhqir etmiş Ermənistana dostluq münasibətini gizlətməyən İranı İrəvanın indi arxadan vurması heç də təəccüblü deyil.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az
Teqlər: İran Ermənistan