Xameneyidən ABŞ-a gülünc irad: "Utanmırsınız?"

Xameneyidən ABŞ-a gülünc irad:    "Utanmırsınız?"
  22 Sentyabr 2023    Oxunub:1082
İranın ali dini lideri ABŞ hökumətinə səslənib.
O, öz ölkəsində baş alıb gedən insan haqları pozuntularına göz yumaraq qarşı tərəfi oxşar problemdə ittiham edib: “Utanmırsınız? Amerika polisi son bir ildə ölkədə 800 nəfəri qətlə yetirib. Polis? İnsanların təhlükəsizliyini təmin etməli olanlar 800 nəfəri öldürür”.

Xameneyinin sözlərinə baxmayaraq, qeyd edə bilərik ki, onun İranda qətlə yetirilən və Məhkəmə Hakimiyyəti tərəfindən edam edilən saysız insanların statistikasından xəbəri yoxdur.

Belə ki, ötən ilki kütləvi etirazlar zamanı polis qüvvələri tərəfindən uşaqlar da daxil olmaqla 500-dən çox insan qətlə yetirilib. Son bir il ərzində “ədalətli” Məhkəmə Sistemi tərəfindən edam olunanların sayı isə 697 nəfərdir.

AzVision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti