İranın Müdafiə nazirliyinə bağlı mərkəzlərdən birində güclü yanğın olub

İranın Müdafiə nazirliyinə bağlı mərkəzlərdən birində güclü yanğın olub
  22 Sentyabr 2023    Oxunub:853
Tehranın şimal-şərqində yerləşən Novbünyad bölgəsində ölkənin Müdafiə nazirliyinə bağlı Enerji qaynaqlarının inkişaf etdirilməsi təşkilatının akkumulyator istehsalı mərkəzinin anbarında güclü yanğın baş verib.
AzVision.az İranın Müdafiə nazirliyinə və Tehran Yanğınsöndürmə idarəsinin sözçüsü Cəlal Mələkiyə istinadən bildirir verir ki, yanğın cümə günü gecə saatlarında baş verib. Lakin Cəlal Mələki yanğının adını və yerinin təfərrüatlarını açıqlamaqdan çəkinərək, hadisəni Sədr şossesi ərazisində yerləşən anbarda baş verdiyini söyləyib.

“Cümə günü gecə saat bir radələrində Sədr şossesi ərazisində yanğın barədə yanğınsöndürmə mərkəzinə məlumat verilib və bundan sonra 5 məntəqənin yanğınsöndürənləri yanğın yerinə göndərilib. Yanğın yeri təxminən 2000 kvadratmetr sahəsi olan anbardır, onun hissələri yanıb və alov digər hissələrə keçib. Hələlik bu yanğın nəticəsində xəsarət alan və ölən olmayıb. Daha ətraflı məlumat sonra veriləcək”, - Mələki deyib.

Müdafiə nazirliyinin verdiyi açıqlamada da dəymiş ziyanın miqdarı və yanğının ölçüləri ilə bağlı məlumat yoxdur. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi yanğında itki olmadığını vurğulayaraq, “bütün təhlükəsizlik məsələlərinin nəzərdə tutulduğunu və nəzarət altında saxlanıldığını, yanğının baş vermə səbəbinin ekspertlər tərəfindən araşdırıldığını bildirib.

Müdafiə nazirliyinin məlumatında “Enerji resurslarının inkişafı təşkilatı”nın 2011-cı ildən “İranın silahlı qüvvələrini enerji sahəsində dəstəkləmək və milli layihələrdə iştirak etmək” məqsədi ilə yaradılmış mərkəz olduğu vurğulanır.
AzVision.az




Teqlər: Tehran   yanğın  





Xəbər lenti