Ermənistanda polis etirazçılara güc tətbiq edir - VİDEO

   Ermənistanda polis etirazçılara güc tətbiq edir    - VİDEO
  22 Sentyabr 2023    Oxunub:935
İrəvanda vəziyyət yenidən gərginləşib. Yerli media polislə etiraz aksiyası keçirən vətəndaşlar arasında toqquşmaların baş verdiyini yazır.
"Sputnik Armeniya"nın yaydığı məlumatda qeyd edilir ki, İrəvanın Respublika meydanında və Tiqran Mets prospektində vəziyyət daha da gərginləşib.
“Qara beretlilər”lə etirazçılar arasında toqquşma baş verib, polis kobud şəkildə vətəndaşlara güc tətbiq edib.

Xatırladaq ki, bu gün polis Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Koçaryanın oğlunu da güc tətbiq edərək saxlayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti