Çin və Suriya strateji tərəfdaş oldu

Çin və Suriya strateji tərəfdaş oldu
  22 Sentyabr 2023    Oxunub:1009
Çin Xalq Respublikası və Suriya Ərəb Respublikası strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
Sentyabrın 22-də Çinin Hancou şəhərində görüşən Çin lideri Si Cinpin və Suriya Prezidenti Bəşər Əsəd iki ölkənin strateji tərəfdaşlığını elan ediblər.

Si Cinpin deyib ki, Çin-Suriya münasibətləri beynəlxalq vəziyyətdəki dəyişikliklərin sınağından keçib, dostluq münasibətləri daha da möhkəmlənib. O, strateji tərəfdaşlığın Çin-Suriya münasibətlərində mühüm mərhələ olacağını söyləyib.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd Hancouda keçiriləcək 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti