Ermənistandakı aksiyalarda 84 nəfər saxlanılıb

 Ermənistandakı aksiyalarda    84 nəfər    saxlanılıb
  22 Sentyabr 2023    Oxunub:1648
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Paytaxt İrəvanda təşkil olunan aksiyalar zamanı polislə etirazçılar arasında toqquşmalar baş verir.
Bu gün Ermənistanın paytaxtında keçirilən aksiyalar zamanı saxlanılanların sayı açıqlanıb. Yerli polisin yaydığı məlumata görə artıq 84 nəfər nəzarətə götürülüb. Saxlanılanların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama-red.) maddəsi ilə polisə aparılıb.

Qeyd edilir ki, aksiyalar davam edir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya  





Xəbər lenti