Amnesty İnternational: “Hicab və iffət” qanunu qadın və qızların hüquqlarını iyrənc şəkildə pozmaqdır

  Amnesty İnternational:    “Hicab və iffət” qanunu qadın və qızların hüquqlarını iyrənc şəkildə pozmaqdır
  22 Sentyabr 2023    Oxunub:1160
Üç illik məcburi hicab qanununun sınaqdan keçirilməsinin İslam Şurasında təsdiqlənməsi İranda qadın və qızların hüquqlarının “nifrət dolu pozulması”dır.
AzVision.az xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktor müavini Diana əl-Təhavi İslam Şurasının qətnaməsinə cavab olaraq belə bəyanatla çıxış edib.

“Bu qanun layihəsi qadın və qızların hüquqlarının nifrətlə pozulmasıdır. Bu, İranda onlara qarşı zorakılıq və ayrı-seçkiliyi gücləndirəcək. Əgər bu qanun layihəsi Keşikçilər Şurası tərəfindən təsdiqlənərsə, İranda “qadın bədənlərinə” hərtərəfli nəzarət gücləndiriləcək. Bu qanun İranın müxtəlif siyasi, təhlükəsizlik və inzibati orqanlarını məcburi hicab qanunlarına riayət olunmasına çox ciddi nəzarəti, qadın və qızların həyatına nəzarəti həyata keçirməyə məcbur edir”, - əl-Təhavi deyib.

Beynəlxalq ictimaiyyəti İran hakimiyyəti qarşısında məcburi hicabın bütün alçaldıcı və ayrı-seçkilik qaydalarını ləğv etmək tələbini qoymağa çağıran hüquq müdafiəçisi, bu əməllər yol verənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq səviyyədə qanuni yolların axtarılması zərurətini vurğulayıb.

Qeyd edək ki, çərşənbə günü keçirilən açıq iclasda İran parlamentariləri 152 lehinə, 34 əleyhinə və 7 bitərəf olmaqla “Hicab və iffət” qanununun üç illik “sınaq tətbiqi”nə razılıq veriblər.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti