Rəisi kürd müxalifətinin tərksilah olunmasının araşdırılmasını tələb edib

Rəisi kürd müxalifətinin tərksilah olunmasının araşdırılmasını tələb edib
  22 Sentyabr 2023    Oxunub:984
Bağdad hökumətinin İrana qarşı İraqda yerləşən kürd qruplaşmalarını tərksilah etmək vədindən sonra İbrahim Rəisi tərksilah prosesini araşdırmaq üçün Tehrandan Bağdada heyyət göndərilməsi tələbini irəli sürüb.
AzVision.az xəbər verir ki, İbrahim Rəisi İran-İraq müharibəsinin başlanmasının ildönümü münasibətilə keçirilən hərbi paradda belə iddia səsləndirib.

“İraqda silahlı qrupların tərksilah edilməsi müsbət haldır və Silahlı qüvvələrin Baş qərargahı bu məsələni araşdırmaq üçün qruplar göndərməlidir. Biz heç bir silahlı qruplaşmanın İran sərhədləri yaxınlığında, istər bölgə daxilində, istərsə də başqa yerlərdə fəaliyyət göstərməsinə icazə vermirik və İran sərhədləri ətrafında qeyri-qanuni silahlı qrupların tərksilah olunmasını təmin etmək vacibdir”, - Rəisi deyib.

Tehran dəfələrlə İraqa və Şimali İraq Kürdüstan muxtariyyətinə İran kürd silahlı birləşmələrinin mövcudluğundan və dəfələrlə həmin qüvvələrlə toqquşmasından şikayət edib.

Bir neçə gün əvvəl İraqın Xarici İşlər naziri Fuad Hüseyn Tehrana səfəri zamanı ölkəsinin Bağdad və Tehran arasında təhlükəsizlik razılaşması çərçivəsində İraq Kürdüstanı bölgəsinin İranla sərhədlərindən kürd qruplarını uzaq düşərgələrə köçürməyə başladığını bildirib.
AzVision.az


Teqlər: İran   İraq  





Xəbər lenti