Türkiyədə İŞİD-in “xəzinədarı” ələ keçdi

Türkiyədə İŞİD-in “xəzinədarı” ələ keçdi
  22 Sentyabr 2023    Oxunub:902
Türkiyədə başda Tekirdağ olmaqla Adıyaman, İstanbul, Adana, Bursa, İzmir, Gaziantep, Şanlıurfa ve Antalyada antiterror əməliyyatı həyata keçirilib.
Bu barədə Türkiyənin hüquq-mühafizə orqanının əməkdaşları xəbər veriblər. Bildirilib ki, nəticədə 17 nəfər saxlanılıb. Onların arasında terror təşkilatının “xəzinədarı” da var. Məlumata görə, tədbir İŞİD-i maliyyələşdirənlərə qarşı istintaq çərçivəsində həyata keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti