İran İnsan Haqları təşkilatı: Etirazçıların gözünə məqsədli şəkildə atəş açılıb
Daha əvvəl Behzad Həmrahi adlı qurbanlardan biri “Radio Fərda”ya verdiyi müsahibədə hərbçilərin və təhlükəsizlik agentlərinin onun gözünə “qəsdən” atəş açdığını vurğulayıb.
İnsan haqları təşkilatı “Qadınlar, Həyat, Azadlıq” etirazlarının ildönümü ilə eyni vaxtda dərc etdiyi hesabatda iki məqamı xüsusilə vurğulayır.
1.İran hökumətinin ötən ildəki etiraz aksiyalarında törətdiyi vəhşi cinayətlər planlaşdırılmış, əlaqələndirilmiş və hesablanmış olub.
2. Statistik araşdırmalara görə, repressiv qüvvələr etiraz edən qadınları ölümcül şəkildə güllələməkdənsə, onların gözlərini qəsdən nişan almağa üstünlük veriblər.
“Ümummilli etirazlar zamanı öldürülənlərin 9%-i qadın, qalanları isə kişilər olduğu halda, gözləri zədələnən qadınların sayı 28%-dir. Bu isə o deməkdir ki, repressiv qüvvələr bir çox hallarda etirzçı qadınları ölümcül güllələmək əvəzinə qəsdən özlərini hədəf almağa üstünlük veriblər”, - hesabatda deyilir.
Qurumun göz zədələri barədə hazırladığı siyahısda səkkiz uşağın da adı qeyd olunub. Onlarınn dördü oğlan, dördü isə qızdır. Uşaqlardan ən kiçiyi sağ gözünü itirən təxminən 6 yaşlı Benita Kiyani Fəlavərcani adlı qızdır.
AzVision.az
Teqlər: İran etirazçılar