İtaliyanın sabiq prezidenti vəfat edib

   İtaliyanın sabiq prezidenti vəfat edib
  23 Sentyabr 2023    Oxunub:1141
İtaliyanın keçmiş prezidenti və ömürlük senator Corcio Napolitano 98 yaşında vəfat edib. Bu barədə Ranews24 xəbər kanalı məlumat yayıb.
Napolitano bir neçə ay Romadakı klinikaların birində yatıb və son günlər vəziyyəti pisləşib.

Sentyabrın 20-də İtaliya mediası siyasətçinin süni nəfəs aparatlarından ayrıldığını bildirib.

Corco Napolitano 2006-2015-ci illərdə İtaliya prezidenti olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti