Ermənipərəst senator vəzifəsindən istefa verdi

      Ermənipərəst senator vəzifəsindən istefa verdi
  23 Sentyabr 2023    Oxunub:1146
Robert Menendes Amerika hüquq-mühafizə orqanları tərəfindən ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.
Bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer məlumat verib.

Qeyd edək ki, ermənipərəst senator son 10 ildə ikinci dəfə korrupsiyada ittiham edilib. Senatın Tarix Bürosunun məlumatına görə, 69 yaşlı Menendes “ABŞ tarixində iki dəfə cinayətdə ittiham olunan ilk senator” kimi qeydə alınıb. Erməni diasporundan aldığı külli miqdarda çirkli pullar qarşılığında ermənilərin əsassız iddialarını hər imkanda və müstəvidə gündəmə gətirən senator rüşvət və korrupsiya cinayətlərində təqsirli bilinib.

Qatı ermənipərəstliyi ilə tanınan, erməni diasporu tərəfindən satın alınmış Menendesin müxtəlif qeyri-qanuni əməllərdə günahlandırıldığı barədə bu ilin mayında "New York Times" da məlumat yaymışdı. Qəzet yazırdı ki, Federal prokurorluq və Federal Təhqiqatlar Bürosu ermənipərəst amerikalı senator Robert Menendesin və ya həyat yoldaşı Nadine Arslanyanın Vaşinqtonda halal ət şirkətindən lüks avtomobil və mənzil hədiyyələri alıb-almadığını araşdırır.

Prokurorlarla görüşən vəkilin dediyinə görə, Nyu Cersi ştatından senator olan Demokratlar Partiyasının təmsilçisi Menendeslə bağlı aparılan istintaq ət şirkətinin ofislərində və şirkətin prezidentinin evində hökumətin axtarışı ilə bağlıdır.

Korrupsiya və digər maliyyəti cinayətində adı hallanan ermənipərəst senator və konqresmenlərin siyahısı genişdir. Menendeslə yanaşı, ABŞ Konqresində erməni lobbisinin qatı müdafiəçisi olan Frank Pellone, Adam Şiff, Robert Dold, Bred Şerman, eləcə də senator Barbara Bokser və digərlərinin adı zaman-zaman maliyyə fırıldaqlarında, korrupsiya əməllərində, erməni diasporunun müxtəlif fondlarında topalanmış maliyyə vəsaitlərinin mənimsənilməsində hallanıb.

Bu şəxslərin məhz erməni diasporundan aldığı maliyyə qarşılığında Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlə məşğul olduğu sirr deyil. Əlavə edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Post” nəşrində senator Bob Menendes və həyat yoldaşı haqqında dərc olunmuş məqaləyə münasibət bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti