Lavrov: "Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan qərbyönlü lobbi var"

      Lavrov:    "Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan qərbyönlü lobbi var"
  23 Sentyabr 2023    Oxunub:1474
Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi mövcuddur.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarının bir təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var. Bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - nazir əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qərbyönlü lobbi tərəfindən süni şəkildə qaldırılır.

AzVision.az



Teqlər: Lavrov   Ermənistan  





Xəbər lenti