"Roma statusunun ratifikasiyası Ermənistanın maraqlarına uyğundur" - Paşinyan

   "Roma statusunun ratifikasiyası Ermənistanın maraqlarına uyğundur" -    Paşinyan
  24 Sentyabr 2023    Oxunub:1479
"Roma statusunun ratifikasiyası Ermənistanın maraqlarına uyğundur və Rusiya və KTMT-yə qarşı yönəlməyib".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.

"Roma Statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında qəbul edilib. Bu elə bir vaxt idi ki, artıq KTMT mexanizmlərinin və Ermənistan-Rusiya strateji tərəfdaşlığının Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün kifayət etmədiyi hamıya bəlli olmuşdu ", - Paşinyan bildirib.

Roma statusunun ratifikasiyası ölkənin xarici təhlükəsizliyinin təmin edilməsində Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək.

Paşinyan həmçinin qeyd edib ki, Roma statusunun ratifikasiyası ilə bağlı qərar Ermənistanın maraqlarına əsaslanır və ölkənin suveren hüququdur.

Şahanə Rəhimli
< a href=https://azvision.az> AzVision.az



Teqlər:





Xəbər lenti