İlham Əliyev və Paşinyan oktyabrın 5-də görüşəcək

   İlham Əliyev və Paşinyan oktyabrın 5-də görüşəcək
  24 Sentyabr 2023    Oxunub:1212
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-i Qranadada görüşəcəklər. News.am bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfərə gedəcək.

Sentyabrın 26-da dövlət katibinin Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlıq məqsədilə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidentinin köməkçisi Hacıyevlə görüşləri nəzərdə tutulub.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti