Fransa bu ölkədəki səfirini geri çağırdı

   Fransa bu ölkədəki səfirini geri çağırdı
  24 Sentyabr 2023    Oxunub:1364
Fransa prezidenti Emmanuel Makron ölkənin Niameydəki səfirini və Nigerdəki bütün səfirlik işçilərini geri çağırdığını bildirib. O, bu barədə TF1 telekanalına müsahibəsində danışıb.
Qeyd edək ki, Nigerdə ​​iyulun 26-da dövlət çevrilişi baş verib. Qonşu ECOWAS ölkələri avqust ayında Afrika dövlətində konstitusiya nizamını bərpa etmək üçün hərbi müdaxilə planlaşdırdıqlarını bildiriblər. Assosiasiya üzvləri müvafiq hərbi planlar hazırlayıblar, lakin hələ də hərbi müdaxiləyə cəhd etməyiblər və vəziyyəti diplomatik yolla həll etmək üçün tədbirlər görürlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti