Baş nazirin titullu pişiyi xəstələnib

   Baş nazirin titullu pişiyi xəstələnib
  24 Sentyabr 2023    Oxunub:1378
Britaniyanın baş naziri Rişi Sunakın "baş siçan tutan" pişiyi Larri xəstələnib. Bu barədə mənbələrə istinadən “The Sun” nəşri məlumat yayıb.
Nəşrin mənbəyi iddia edir ki, pişiyi təkcə Dauninq-stritdə deyil, bütün ölkədə çox sevirlər. O əlavə edib: “heç kim ən pisi düşünmək istəmir, amma təəssüf ki, biz buna hazırlaşmalıyıq”.

Nəşr vurğulayır ki, Larri pişiyin 16 yaşı var. O, 2011-ci ildə David Kameronun baş nazirliyi dövründə himayəyə götürülüb, baş nazir iqamətgahında yaşayan on üçüncü pişikdir. Hökumət iqamətgahının baş siçan tutanı adlandırılır. İqamətgahda yaşamazdan əvvəl Larri Battersea heyvan sığınacağında olub və siçanları tutmaq bacarığı ilə məşhurlaşıb. O, elə bu bacarığına görə seçilərək götürülüb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti