Siyasi fəallar: Musəvi, Rəhnəvərd və Kərrubinin həbsi “tədrici qətldir”

“Əxtər həbsxanasında Mirhüseyn Musəvi və Zəhra Rəhnəvərdin səhhəti ilə bağlı xəbərdarlıqlar və şübhələr İran rəsmilərini heç vaxt cavabı tapılmayan suallar qarşısında qoydu. İndi, 13 illik həbsdən və həbsxana gözətçilərinin məhbusların müqavimətini qırmaq ümidsizliyindən sonra, artan təzyiqlə, Musəvi, Rəhnəvərd və Kərrubi məsələsində bir növ tədrici qətl baş verir”, - məktubda deyilir.
Müraciətdə İran məmurlarının israrlı sükutunun onların üzərindən məsuliyyəi götürmədiyi, bu etirazçı siyasi liderlərin qanun pozuntuları ilə baş verən həbsinin qeyri-insani üsullarla davam etdirildiyi vurğulanır.
AzVision.az