Abdullahiyan: Vaşinqtonla danışıqlar davam etdirilir

   Abdullahiyan:    Vaşinqtonla danışıqlar davam etdirilir
  25 Sentyabr 2023    Oxunub:1083
Oman Sultanının JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 formatı) qayıtmaq planı hələ də masanın üstündədir və əgər digər tərəflər hazırdırsa, İslam respublikası JCPOA-ya qayıtmağa ciddi yanaşır.
AzVision.az bildirir ki, İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşü zamanı belə açıqlama verib.

“İran JCPOA nüvə sazişinə qayıtmaqda ciddidir və bunu Qərb ölkələrinin Omanın təklif etdiyi plan çərçivəsində bütün tərəflərin öz öhdəliklərinə qayıtmasına hazır olmasından asılı hesab edir. MAQATE texniki fəaliyyət göstərəndə işlər düzgün istiqamətdə gedir. Lakin başqa insanlar öz siyasi fikirlərini agentliyin peşəkar məsələlərindən üstün tutduqda, işlər tərs gedir. Nüvə bombasının İran doktrinasında yeri yoxdur”, - Abdullahiyan deyib.

Bir neçə gün əvvəl “Reuters” agentliyi Qətərin ötən həftə İranın nüvə proqramı və Tehrana məxsus pilotsuz təyyarələrin Rusiyaya verilməsi ilə bağlı ABŞ və İranla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirdiyini bildirmişdi.
AzVision.az




Teqlər: İran   ABŞ  





Xəbər lenti