Rəisi: Agentliyin yanlız 3 ölkədən olan müfəttişlərinin lisenziyası ləğv edilib

 Rəisi:  Agentliyin yanlız 3 ölkədən olan müfəttişlərinin lisenziyası ləğv edilib
  25 Sentyabr 2023    Oxunub:1032
İranın MAQATE-nin müfəttişlərinin lisenziyasını ləğv etmək niyyəti yoxlamaları dayandırmaq deyil və Tehran yalnız Fransa, Almaniya və Britaniya müfəttişlərinin lisenziyasını ləğv edib.
AzVision.az xəbər verir ki, üç Avropa ölkəsini JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 formatı) əməl etməməkdə günahlandıran İran prezidenti İbrahim Rəisi CNN telekanalına müsahibəsində belə fikir səsləndirib.

Bununla yanaşı, o, İranın uranın zənginləşdirilməsini nüvə silahı istehsalına yaxın səviyyəyə çatdırdığını məntiqli sayıb. Çünki bu addım JCPOA-nı imzalayan digər ölkələr öz öhdəliklərinə əməl etməməsi ilə bağlıdır.

“Bizim bu üç ölkənin xalqı ilə bağlı xüsusi düşüncələrimiz var və onların etimadı şübhə altındadır. Biz rəsmən elan etdik ki, bizim hərəkətlərimiz hərbi ölçüyə malik deyil və heç bir növ nüvə silahı əldə etmək məqsədi daşımır və yalnız avropalıların öz öhdəliklərinə əməl etməməsinə cavabdır”, - Rəisi deyib.

JCPOA kimi tanınan hərtərəfli birgə fəaliyyət planına əsasən, İran sanksiyaların ləğvinə qarşı uranın zənginləşdirilməsini 3,67%-lə məhdudlaşdırmalı idi. Amma Amerikanın JCPOA-dan çıxmasından, İrana qarşı yeni sanksiyaların tətbiqindən və 2021-cü ildə Nətənz nüvə obyektlərinə hücumdan sonra İran uranı 60%-ə qədər zənginləşdirdiyini açıqlayıb.
AzVision.az



Teqlər: İran   JCPOA  





Xəbər lenti