Rəisinin xanımı: “Etirazlarda çoxları İranın müdafiəsi üçün öldürüldü”

      Rəisinin xanımı:    “Etirazlarda çoxları İranın müdafiəsi üçün öldürüldü”
  25 Sentyabr 2023    Oxunub:949
Davamlı olaraq cəfəng fikirləri ilə gündəmə gələn İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhuda ABŞ-ın ABC kanalına müsahibə verib.
Kanalın aparıcısının ötən ilki anti-hökumət aksiyalarında 500 etirazçının öldürülməsi ilə bağlı sualına o, belə cavab verib: “Etirazlarda çoxları öldürdü, amma bu, İslam Respublikasının müdafiəsi üçün idi”.

O, “Əxlaq” polisi tərəfindən öldürülən Məhsa Əmininin ölüm səbəbini əvvəlki xəstəliklərlə bağlı olduğu iddiasını təkrarlayaraq deyib: “O, hamımız tərəfindən sevilib, mən də anayam, onun müalicəsində daim həkimlərlə əlaqə saxlayırdım”.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti