Sistan və Bəlucistanda 2 mindən çox adam xəstəxanaya göndərilib
Sistan və Bəlucistan əyalətinin şimal bölgəsində toz fırtınasının yaratdığı fəsadlar nəticəsində 2107 adam tibb mərkəzləri və xəstəxanalara müraciət edib.
“Təkcə bu beş şəhərdə 19 - 24 sentyabrda ən azı 2107 nəfər yaranan problemlərə görə xəstəxana və tibb mərkəzlərinə müraciət edib, onlardan 136 nəfəri isə hələ də xəstəxanadadır. Bu ərazidə mikro-toz və fırtına fenomeni səbəbindən ölümcül qəzalar da baş verib, görmə qabiliyyətinin azalması üzündən baş verən qəzalarda ən azı üç nəfər ölüb”, - Məcid Mühibbi deyib.
Məmur Sistan bölgəsinin kommunikasiya yollarında olan bütün yardım qüvvələrinin hazır vəziyyətdə olduğunu vurğulayıb.
AzVision.az