Rusiyanın daxili işlər naziri İrəvana gedib

Rusiyanın daxili işlər naziri İrəvana gedib
  25 Sentyabr 2023    Oxunub:1001
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev İrəvana gedib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin Teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, Kolokoltsev Ermənistan və Rusiya daxili işlər nazirliklərinin Birgə Kollegiyasının iclasında iştirak edəcək. Kolkotsev sonuncu dəfə erməni həmkarı Vahe Kazaryanla aprel ayında Moskvada görüşüb.

Xatırladaq ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Bundan başqa, Ermənistanla Rusiya arasında olan soyuq münasibətlər pik həddə çatıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti