İranda tələbə və professorların fəaliyyətinin dayandırılması davam edir
Eyni zamanda, tələbələrin intizam komitələrinə çağırılması, onların “xaric olunma” əmrlərinin verilməsi geniş şəkildə həyata keçirilir ki, bunun da əsas səbəbi kimi “geyim standartlarına əməl edilməməsi” göstərilir.
Professorların fəaliyyətinin dayandırılmasına gəldikdə, son hadisədə Beheşti universitetinin rəhbərliyi İlahiyyat və Dinlər fakültəsinin üzvü Mustafa Azərəxşinin fəaliyyətinə xitam verib.
Ölkənin tələbə həmkarlar ittifaqı şuraları onun fəaliyyətinin dayandırılmasını “professorların sıxışdırılması və işdən çıxarılmasının davamı” adlandırıaraq, həmin əmrin “Beheşti Universitetinin yüz professorunun azadlığa buraxılmasını tələb edən bəyanatın imzalanmasından sonra” verildiyini diqqətə çatdırıb.
AzVision.az
Teqlər: İran professorlar