Zaxarovadan İrəvanın bəyanatına reaksiya: "Ətraflı cavab veriləcək"

      Zaxarovadan İrəvanın bəyanatına reaksiya:  "Ətraflı cavab veriləcək"
  25 Sentyabr 2023    Oxunub:1239
Rusiya Xarici İşlər Nazirliyi bir sıra bəyanatlarla bağlı rəsmi İrəvana ətraflı cavab hazırlayır.
Bunu “Rossiya 24” telekanalına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Moskva həm Ermənistanın baş naziri, həm də İrəvanın rəsmi nümayəndələri tərəfindən həqiqətə uyğun olmayan və ikitərəfli münasibətlərin inkişafına zidd olan bir sıra bəyanatları diqqətdə saxlayıb”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı ətraflı cavab veriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti