Rəisi: "İsraillin münasibətlərini normallaşdırmaq səyləri nəticə verməyəcək"

   Rəisi:    "İsraillin münasibətlərini normallaşdırmaq səyləri nəticə verməyəcək"
  25 Sentyabr 2023    Oxunub:863
Vaşinqtonun İsraillə Səudiyyə Ərəbistanı kimi Fars körfəzi ölkələri arasında münasibətləri normallaşdırmaq səyləri “uğurlu olmayacaq”.
AzVision.az xəbər verir ki, İran prezidenti İbrahim Rəis CNN kanalına müsahibədə İranın Təl-Əvivlə regionun ərəb ölkələri arasında diplomatik əlaqələrin qurulmasına qarşı olduğunu söylətib.

“Region ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması fələstinlilərin kürəyinə vurulmuş zərbədir və eyni zamanda, Təl-Əvivin təhlükəsizliyini təmin edə bilməyəcək”, - Rəisi deyib.

Rəisi, habelə Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlarda gündəmə gətirilən ən mühüm məsələlərdən birinin Fələstin problemi olduğunu vurğulayıb.

Son illərdə regiondakı ərəb ölkələrinin İranın siyasətindən narahatlığından istifadə edən İsrail BƏƏ, Bəhreyn və Mərakeşlə münasibətlərini normallaşdıra bilib.
Bayden hökumətinin araclığı sayəsində Ər-Riyadla Təl-Əviv arasında aparılan danışıqların verdiyi müsbət nəticə ikitərəfli diplomatik əlaqələrin qurulması üçün ciddi zəmin yaradır.

Analitiklərin fikrincə, Bayden bu məsələdən 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində xarici siyasətinin nailiyyəti kimi istifadə etməyi planlaşdırır.
AzVision.az



Teqlər: Rəisi   İsrail  





Xəbər lenti