İranda qızlar məktəbinin tualetinə kamera quraşdırıldı

İranda qızlar məktəbinin tualetinə kamera quraşdırıldı
  25 Sentyabr 2023    Oxunub:924
İranda qızların təhsil aldığı məktəbin sanitar qovşağına kamera quraşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, Tehranda yerləşən “1№-li Fərzəneqan” qızlar məktəbinin şagirdləri ötən il xalq etirazlarında geniş fəaliyyət göstərən məktəblərdən biridir. Lakin bu təhsil ocağının əvvəlki direktoru etirazçı şagirdlərin şəxsi məlumatlarını təhlükəsizlik orqanlarına verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

İndi isə məktəbin yeni direktoru şagirdlər arasında narkotik maddələrin istifadəsinin qarşısını almaq bəhanəsi ilə məktəbin sanitar qovşağına kameralar quraşdırıb.

Məlumata görə, buna bir çox valideyn və şagird qarşı çıxsa da, Təhsil Nazirliyi sözügedən məktəb direktorunun tərəfində olduğu üçün edilən etirazlara məhəl qoyulmayıb.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti