Financial Times: “İranda robotlar fətva verilməsinə kömək edə bilər”

      Financial Times:  “İranda robotlar fətva verilməsinə kömək edə bilər”
  25 Sentyabr 2023    Oxunub:1047
“Financial Times” nəşri İranın Qum əyalətindəki elmi-dini hövzə ilə süni intellekt arasındakı əlaqə haqqında hesabat dərc edib.
Nəşr yazıb: “Ruhanilərin hakimiyyəti altında olan İran süni intellektdən istifadə etmək üçün bu sahədə iddialı planları olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi regional rəqiblərindən geri qalıb”.

Məlumata görə, İran hökuməti fətva verməkdə mollalara kömək etmək üçün süni intellektdən istifadə etmək istəyir.

Saytın hesabatına görə, süni intellektin potensialına qlobal maraq dalğası, habelə İranın din xadimləri də bu sahənin fətvalara necə kömək edəcəyini araşdırmaq üçün can atırlar.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti