Zurabişvili hökumətin icazəsi olmadan yenidən Avropaya getdi
Sentyabrın 25-də Zurabişvili administrasiyası Gürcüstan liderinin Baltikyanı ölkələrə səfərə getdiyini açıqlayıb. O, Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu almasını müzakirə edəcək. Zurabişvilinin Estoniya prezidenti Alar Karis, Latviya prezidenti Edqars Rinkeviçs və litvalı həmkarı Gitanas Nauseda ilə görüşü nəzərdə tutulub.
Payızın əvvəlində Gürcüstan lideri Berlin, Brüssel və Parisə səfər edib, burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, hökumət onun belə səfərlərinə razılıq verməyib. Bu, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Zurabişvilini ölkənin fundamental qanunlarını pozmaqda ittiham etməsi və impiçment proseduruna başlamasına səbəb oldu.
AzVision.az
Teqlər: