Şimali Koreya turistlərin ölkəyə girişinə icazə verdi

Şimali Koreya turistlərin ölkəyə girişinə icazə verdi
  25 Sentyabr 2023    Oxunub:983
Şimali Koreya koronavirus pandemiyası başlayandan bəri tətbiq edilən məhdudiyyətləri aradan qaldıraraq, əcnəbilərin ölkəyə daxil olmasına icazə verib.
Bu barədə Yonhap agentliyi məlumat yayıb. Nəşr qeyd edib ki, Şimali Koreya hakimiyyəti bütün əcnəbilərin iki günlük karantinə alınmasını əmr edib. Qeyd edib ki, 2020-ci ilin yanvar ayından etibarən Pxenyan COVID-19-un ölkəyə daxil olması təhlükəsi səbəbindən sərhədlərini tamamilə bağlayıb.

Çində epidemioloji vəziyyət sabitləşdikdən sonra Şimali Koreya Dandun və Sinuiçu arasında yük qatarlarının hərəkətini qismən bərpa edib. Sentyabrın 22-də isə Çin tərəfi ikitərəfli turizm sahəsində mübadilə və əməkdaşlıqda müsbət irəliləyişlər olduğunu bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti