Finlandiyadan sığınacaq istəyənlər sərhəddən geri qaytarıla bilər

   Finlandiyadan sığınacaq istəyənlər sərhəddən geri qaytarıla bilər
  25 Sentyabr 2023    Oxunub:823
Finlandiya hakimiyyəti müvəqqəti sığınacaq verilməsi proseduruna dəyişikliklər edəcək.
Bu açıqlama ilə Finlandiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Riitta Koponen çıxış edib. Onun szlərinə görə, nazirlik sığınacaq axtaran şəxslərin Avropa İttifaqının xarici sərhədlərində Finlandiyaya daxil olmasının qarşısını alacaq prosedur modeli hazırlayır.

O qeyd edib ki, bu, yalnız sığınacaq əldə etmək niyyətləri “açıq-aydın əsaslandırılmayan” köçkünlərə təsir edəcək. Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, prosedurun praktiki həyata keçirilməsi işlənmə mərhələsindədir.

Qanunlara görə, Finlandiyadan sığınacaq istəyən hər bir şəxs müraciətinə baxılana qədər miqrasiya mərkəzində yaşamaq və ölkədə işləmək hüququ vardır.

AzVision.az


Teqlər:





Xəbər lenti