Rusiyalı nazir: "Ermənistan amerikalıların heç vecinə də deyil"

     Rusiyalı nazir:   "Ermənistan amerikalıların heç vecinə də deyil"
  25 Sentyabr 2023    Oxunub:1369
"Ermənistan və ermənilər amerikalıların heç vecinə də deyil, onlar yalnız öz maraqlarını güdürlər".
Bunu Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib. Onun sözlərinə görə, Qərb Ukrayna ətrafındakı vəziyyətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, Moskva ilə İrəvanın arasını vurmaq istəyir:

"ABŞ və Avropa İttifaqının kəşfiyyat, hüquq-mühafizə orqanları, müdafiə və məhkəmə sistemiləri də daxil olmaqla, əsas sahələrdə islahatlar apara bilmək üçün obsesif şəkildə öz "reseptlərini" təklif edir. Belə bir vəziyyət birliyimizi sarsıdır", - deyə nazir əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti