Ata 16 yaşlı qızını qəddarlıqla öldürdü

Ata 16 yaşlı qızını qəddarlıqla öldürdü
  26 Sentyabr 2023    Oxunub:810
İranda ata qızını sözünə baxmadığı üçün qəddar üsullarla öldürüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qeyd edilir ki, 16 yaşlı Hayidə Həsənzadənin cəsədi İranın Sərdəşt (Sarıdaş) şəhərində aşkarlanıb. Gənc qızın cansız bədəni tapıldığı zaman ayaqları sement bloklarına bağlanmış, əli, gözü və ağzı isə izolent yapışdırılmış vəziyyətdə olub.

Məlumata görə, 4 ay öncə atası cinayəti gizlətmək üçün polisə zəng edib və qızının evdən qaçaraq xarici ölkəyə getdiyini deyib.
Bundan şübhələnən polis əməkdaşları araşdırma aparmağa başlayıblar və qızın atası dindirildiyi zaman cinayəti etiraf etməyə məcbur olub.

“Qızım sözlərimə məhəl qoymurdu, evə gec saatlarda gəlirdi. Mən də onu boğdum”, - deyə o bildirib.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti