Qarabağdan Ermənistana 13 550 erməni gedib

   Qarabağdan Ermənistana    13 550    erməni gedib
  26 Sentyabr 2023    Oxunub:1219
Sentyabrın 26-sı saat 08:00-a olan məlumata görə, 13550 erməni Azərbaycanın Qarabağ bölgəsindən Ermənistan Respublikasına daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, onlardan 11 min nəfərinin qeydiyyat məlumatları artıq tərtib edilib, 2550 nəfərin ehtiyacları isə hələ də qiymətləndirilir.

Qarabağdan Ermənistana 4850 erməni köçüb
Qeyd edək ki, Qarabağdan mülki əhalinin Ermənistan Respublikasına sərbəst keçidi üçün şərait yaradılır və onlar könüllü surətdə gedirlər. Bu proseslər Rusiya sülhməramlı kontingenti ilə razılaşma əsasında baş tutur. Ermənilər həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edirlər.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi ki, ölkəsi Qarabağdan 40 minə yaxın ailəni qəbul etməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Ermənistan  





Xəbər lenti