Ermənistanda 32 fəal saxlanılıb

Ermənistanda  32  fəal saxlanılıb
  26 Sentyabr 2023    Oxunub:786
İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis 32 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, statistika 26 sentyabr saat 09:00-a aiddir. Saxlanılan fəallar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə polisə aparılıb.

İrəvanda aksiyalarda saxlanılanların sayı artdı
Qeyd edək ki, çərşənbə axşamı narazı kütlə Abovyan küçəsi ilə kəsişən Koryun küçəsini, həmçinin sirk binasının yaxınlığındakı kəsişməni bağlamışdılar. Vazgen Sarkisyan küçəsi, Gülbenkyan və Komitas küçələrinin kəsişməsi də bağlanmışdı.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda Qarabağda baş tutan antiterror əməliyyatları fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti