İrəvanın keçmiş meri həbs edildi

İrəvanın keçmiş meri həbs edildi
  26 Sentyabr 2023    Oxunub:1042
İrəvanın keçmiş meri Albert Bazeyan həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Vəkil Georgi Melikyan Facebook səhifəsində məlumat yayıb. O qeyd edib ki, “Müstəntiqin vəsatəti tam təmin edilib. Mən isə sadəlövh, ədalətə ümid edirdim”.

Xatırladaq ki, bir müddət öncə İrəvanın keçmiş merinin evində axtarış aparılması barədə məlumat yayılmışdı. Bundan əvvəl isə yerli media sentyabrın 23-də Bazeyanın Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyi etməkdə ittiham olunaraq polis bölməsinə aparıldığını yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mer  





Xəbər lenti