İranın raket bazasının yerləşdiyi şəhərdə güclü partlayış olub
Bununla yanaşı, yerli hakimiyyətin rəsmilərinin “Təsnim” agentliyinin dərc etdiyi açıqlamalırnda şəhərin hüdudlaırnda heç bir partlayışın olmadığı bildirilir. Həmçinin, zəlzələ barədə ilkin versiya da təsdiqini tapmayıb.
Qeyd edək ki, Hürrəmabad şəhərində SEPAH-ın İmam Əli adına böyük raket bazası yerləşir. 2010-cu ildə bu məxfi hərbi obyektdə baş verən güclü partlayış nəticəsində onlarla insan həlak olmuşdu.
Terrorçuluqla mübarizə mərkəzinin əməkdaşı, Yaxın Şərq üzrə tədqiqatçı, ABŞ-da yaşayan iranlı Ərfan Fərd kimi bəzi müşahidəçilər Hürrəmabaddakı insidentin İsrailin “Mossad” təşkilatının uğurlu əməliyyatı olduğunu istisna etmirlər.
AzVision.az
Teqlər: Hürrəmabad partlayış