SEPAH İrəvana verdiyi dronlarlarla bağlı pilotlara təlim keçir

SEPAH İrəvana verdiyi dronlarlarla bağlı pilotlara təlim keçir
  26 Sentyabr 2023    Oxunub:895
İranda insan haqları fəalı və siyasi məhbus olan ərdəbilli Əli Rezayi “X” sosial şəbəkəsində diqqət çəkən məlumat paylaşıb.
O yazıb ki, İran Ermənistanda hərbi dəstəyi artırıb:

“İşğal altında olan Qarabağın erməni işğalçılardan azad edilməsindən qəzəblənən İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Təbriz şəhərinin ətrafında və qurudulmuş Urmu gölünün yatağında Ermənistana bağışladığı dronların idarə edilməsi üçün pilot təlimləri keçməklə məşğuldur. Azərbaycana qarşı bu düşmənçilik aktı yalnız daha çox qəzəb və uzaqlaşmaya səbəb olur”.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti