Miller: Evin həbsxanasında ölən şəxs Amerika vətəndaşı deyil

   Miller:    Evin həbsxanasında ölən şəxs Amerika vətəndaşı deyil
  26 Sentyabr 2023    Oxunub:1210
ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller Evin həbsxanasında dünyasını dəyişən yəhudi Fəramərz Cavidzadın Amerika vətəndaşı olmadığını, lakin onun ölməsindən narahatlıq keçirdiyini bildirib.
AzVision.az xəbər verir ki, bəzi KİV-lər tibbi yardım göstərilmədiyi üçün dünən Evin həbsxanasında “ürək-damar xəstəlikləri, şəkərli diabet və mədə qanaması”ndan ölən Fəramərz Cavidzadın ikili İran-Amerika vətəndaşı olduğunu yazıblar.

Lakin ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller keçirdiyi mətbuat konfransında mərhumun vətnədaşlıq məsələsinə aydınlıq gətirib.

“Biz bütün hesabatları görmüşük. Bildiyimizə görə, o, ABŞ vətəndaşı deyildi. Onun qanuni daimi sakini olduğunu göstərən heç bir qeydimiz yoxdur. Lakin biz İran hakimiyyətinin həbsdə olduğu müddətdə ona tibbi yardım göstərməkdən imtina etməsi ilə bağlı xəbərlərdən narahatıq”.

“Hrana” insan haqları saytının məlumatına görə, Fəramərz Cavidzad “ürək-damar xəstəlikləri, şəkərli diabet və mədə qanaxması”ndan əziyyət çəksə də, Evin həbsxanasının rəhbərliyi işin hakiminin razılığına baxmayaraq, onu xəstəxanaya göndərmək məsələsini yubadıb.


Qeyd edək ki, sentyabrın 22-də axşam saatlarında onun orqanizmində mədə qanamasının başlamasından və qan təzyiqinin kəskin aşağı düşməsindən bir saat sonra Fəramərz Cavidzad Evin həbsxanasında dünyasını dəyişib.
AzVision.az




Teqlər: Miller   İran  





Xəbər lenti