Pekin İrana görə Çin şirkətlərinə tətbiq edilən sanksiyalardan narazıdır

Pekin İrana görə Çin şirkətlərinə tətbiq edilən sanksiyalardan narazıdır
  26 Sentyabr 2023    Oxunub:851
Çinin Ticarət nazirliyi ABŞ-nin İranın pilotsuz uçuş aparatları sənayesinə qarşı tətbiq etdiyi yeni sanksiyaları “səbəbsiz və məntiqsiz təzyiq” adlandırıb.
AzVision.az xəbər verir ki, Birləşmiş Ştatlarının Tehranın pilotsuz uçuş aparatlarının inkişafı proqramı, habelə İran, Rusiya, Çin və Türkiyədə hərbi təyyarələrlə bağlı yeddi fiziki şəxsə və dörd quruma tətbiq etdiyi sanksiyalara məruz qalanlar arasında bir neçə Çin müəssisəsi də var.

ABŞ-nin Maliyyə nazirliyi bu şəxsləri və qurumları İranın təyyarə istehsalı və PUA-lar sənayesi üçün “nəqliyyat və maliyyə əməliyyatlarını” asanlaşdırmaqda ittiham edib.

Çinin Ticarət nazirliyi bu hərəkətə kəskin etirazını bildirməklə yanaşı, Vaşinqtonun birtərəfli sanksiyalarının “beynəlxalq ticarət qaydaları və nizamı”nın əsaslarına zərər verdiyi və “normal ticarət mübadilələrinə" maneə olduğu barədə xəbərdarlıq edib.
AzVision.az



Teqlər: Çin   İran  





Xəbər lenti