İranda öldürülən etirazçının qardaşının həyatı təhlükədədir

İranda öldürülən etirazçının qardaşının həyatı təhlükədədir
  26 Sentyabr 2023    Oxunub:914
Qəzvin şəhərində keçən il etirazlar zamanı öldürülən etirazçı Cavad Heydərinin qardaşı Mürtəza “dörd gündür” aclıq aksiyası keçirir və şəkər xəstəliyinə görə onun həyatı təhlükədədir.
AzVision.az xəbər verir ki, Heydərinin bacısı Fatimə Heydəri öz Twitter hesabında qardaşının nəinki yaxınları ilə görüşməsinə, hətta danışmasına qadağa qoyulduğunu yazıb.

“Qardaşım Mürtəza Heydəri dörd gündür aclıq aksiyası keçirir və diabet xəstəliyinə görə həyatı təhlükədədir. Qardaşımı təcridxanaya aparıblar, ona baş çəkmək və onunla danışmağı qadağan ediblər. Hətta aclıq aksiyasını dayandırması üçün anamın onu görməsinə icazə vermirlər. Qardaşımın həyatını və sağlamlığını qorumaq məsuliyyəti İran hakimiyyətinin üzərinə düşür”, - Fatimə Heydəri deyib.

Mürtəza Heydəri qardaşı və 70 yaşlı atası ilə birlikdə Cavad Heydərinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinin ildönümü ilə eyni vaxtda həbs olunub. Məlumatlara görə, təhlükəsizlik qüvvələri Qəzvinin Rəhmətabad kəndində Heydərilərin onların evinə hücum edib, nəticədə vəziyyəti pisləşən anaları xəstəxanaya aparılıb.
AzVision.az


Teqlər: Heydəri   aclıq  





Xəbər lenti