İranda yoxsulluğun kiçik qurbanları

İranda yoxsulluğun kiçik qurbanları
  26 Sentyabr 2023    Oxunub:906
İranda yeni tədris ili başlasa da, minlərlə uşaq məktəbdən kənarda qalıb.
AzVision.az xəbər verir ki, Sistan və Bəlucistanda işləyən uşaqlar və ibtidai sinfi bitirdikdən sonra məktəbi tərk etmələri ilə yanaşı, vilayətin bəzi kəndləri ilə məktəb arasında 20-50 kilometr məsafə var.

Fars əyalətinin Müəllimlər birliyi Konstitusiyanın pulsuz təhsillə bağlı 30-cu prinsipini xatırladaraq “yoxsulluğun kiçik qurbanı”na çevrilən minlərlə uşağın, o cümlədən işləyən uşaqların təhsildən məhrum olduqlarını yazıb.

Kürdüstan Müəllimlər birliyi də analoji mesajda “Məclis” araşdırma mərkəzinin hesabatına istinadən 960 min məktəb yaşlı uşağın və yeniyetmənin təhsilini yarımçıq qoyduğunu və ya tərk etdiyini bildirib.

Bundan əvvəl keçmiş Təhsil naziri Yusuf Nuri televiziya proqramında ölkədə 9 milyona yaxın mütləq savadsızın olduğunu açıqlamışdı. Son məlumatlara görə, İranda 820 minə yaxın “məktəbdənkənar” insan var və 160 min 373 uşaq hətta “ibtidai dövr”ə cəlb olunmayıb.

“Şərq” qəzeti Sistan və Bəlucistan əyalətində məktəbi yarımçıq qoyan uşaqların təhsildən yayınmalarının ən mühüm səbəbinin yoxsulluq və məhrumiyyət olduğunu vurğulayıb.

Bir çox uşaq ailənin yoxsulluğu səbəbindən məktəbi ataraq ibtidai təhsildən sonra işləməli olur. Əsasən qeyri-rəsmi və qeyri-qanuni təhlükəli işlərlə, məsələn, “yanacaq daşımaq və əfqanları öldürmək” kimi sahələrdə.

Hesabata görə, iqtisadi təzyiq o qədər böyükdür ki, ailələr övladlarının təhsil haqqını ödəyə bilmir. Digər tərəfdən isə məktəblər arasında məsafənin böyüklüyü üzündən, bəzən, uşaqların yeganə çıxış yolu işləmək olur.

Sistan və Bəlucistanın bəzi kəndlərindən məktəbə qədər olan məsafə 20-50 kilometrə çatır. Təkcə keçən il bu vilayətin tələbə əhalisinin 18%-i təhsildən kənarda qalıb.
AzVision.az


Teqlər: İran   uşaqlar  





Xəbər lenti