İranda bu ilin ilk altı ayında 52 qadın qətlə yetirilib

İranda bu ilin ilk altı ayında 52 qadın qətlə yetirilib
  26 Sentyabr 2023    Oxunub:836
Bu ilin birinci yarısında İranda ən azı 52 “qadın öldürmə” hadisəsi qeydə alınıb ki, bunun da 29%-i Tehranda baş verib.
AzVision.az “Hengaw” İnsan Haqları təşkilatının hesabatına istinadən xəbər verir ki, qadın qətllərinin 4,38%-i və ya 20-si “namus” motivi əsasında törədilib.

Qətlə yetirilən 52 qadından 11-nin, yəni 21%-nin 18 yaşından kiçik qız olduğu açıqlanıb. Bu bölmədə diqqət yetiriləsi ciddi məqamlardan biri 10, 12 və 13 yaşında olan qızlar qrupudur.

15 qadının öldürüldüyü Tehran vilayəti anti-rekord siyashısında birincidir. 7 qətl hadisəsinin törədildiyi Əlborz əyaləti ikinci, 5 qadının öldürüldüyü Urmiya vilayəti isə üçüncüdür.

Hesabatda 28 qadının ərləri, 4-nün “sevgilisi” və ya nişanlısı, 3-nün keçmiş əri, 8-nin atası, 6-nın isə qardaşları tərəfindən qətlə yetirildiyi göstərilir.
AzVision.az


Teqlər: İran   qətllər  





Xəbər lenti