Putin Rəisiyə Qarabağdakı vəziyyətdən danışdı

  Putin Rəisiyə Qarabağdakı vəziyyətdən danışdı
  26 Sentyabr 2023    Oxunub:830
Rusiya və İran prezidentləri Qarabağ ətrafındakı vəziyyət və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Putin Rəisiyə Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi barədə məlumat verib.

İki ölkə prezideni “3+3” məsləhətçi regional platformasının (Ermənistan, Azərbaycan, Gürcüstan üstəgəl Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda yazılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti