Rusiyalı politoloq: "Azərbaycanın əlində “bütün kozırlar” var və Bakı bütün istədiklərini edəcək"

      Rusiyalı politoloq:    "Azərbaycanın əlində “bütün kozırlar” var və Bakı bütün istədiklərini edəcək"
  26 Sentyabr 2023    Oxunub:900
"Əgər əvvəllər Azərbaycan hakimiyyəti hərbi gücdən istifadə edirdisə, indi “yumşaq yol”a keçəcək".
Bu barədə politoloq Danila Qureyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın əlində “bütün kozırlar” var, bunun sayəsində Bakı bütün istədiklərini edəcək.



"Azərbaycan Qarabağ üzərində nəzarəti geri qaytardıqdan sonra bu gün hələ də parçalanmış dövlətdir və onun əsas rəqibi hələ də Ermənistandır. Söhbət coğrafi baxımdan gedir. Ona görə də rəsmi Bakı qalan problemləri həll etməyə davam edəcək. Ermənistanın hazırkı hökumətlə qarşıda duran problemlərin öhdəsindən gəlməsi çətin olacaq, çünki o, ölkənin milli maraqlarını təslim etmək üçün hər şeyi edib".

AzVision.az


Teqlər:





Xəbər lenti