Ədliyyə Nazirliyinin sözçüsü: “Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib”

      Ədliyyə Nazirliyinin sözçüsü:    “Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib”
  26 Sentyabr 2023    Oxunub:913
“Tehran prokuroru ittihamnamədə Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib”.
Bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib.

Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

AzVision.az



Teqlər: Prokuror   İran  





Xəbər lenti